Erməni siyasətçi aclıq aksiyasına başlayıb

Erməni siyasətçi aclıq aksiyasına başlayıb
  21 Noyabr 2017    Oxunub:1381
Bu gün Ermənistanda “Milli özünütəyinetmə” Birliyinin sədri Paruyur Hayrikyan Mərkəzi Seçki Komissiyasının qarşısında yenidən etiraz aksiyasına başlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Hayrikyan Ermənistanda konstitusiya islahatı ilə bağlı Təşəbbüs Qrupu yaratmaq üçün imza toplamaq istəyib.

Mərkəzi Seçki Komissiyasından isə ona bildiriblər ki, “Referendum haqqında” qanunda vətəndaşın Təşəbbüs Qrupunun yaradılması nəzərdə tutulmayıb. Hayrikyan komissiyanın bu cavabına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti