Britaniyanın ticarət missiyası Azərbaycana gəlir

Britaniyanın ticarət missiyası Azərbaycana gəlir
  21 Noyabr 2017    Oxunub:1376
22-24 noyabr tarixlərində Böyük Britaniyadan olan ən böyük ticarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə məlumat Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzVision.az-a bildirilib.

Məlumatda qeyd olunur ki, səfər SOCAR və BP-nin təşəbbüsü ilə 2015-ci ildə yaradılmış Birləşmiş Krallıq-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində gerçəkləşəcək. Nümayəndə heyətinin səfəri Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edir. Böyük Britaniyadan gələcək nümayəndə heyətinin tərkibində 31 nəfər olacaq.

Səfər çərçivəsində onlar neft və qaz sənayesi təmsilçiləri ilə görüşəcək, Azərbaycan və Böyük Britaniya şirkətlərini ziyarət edəcək. Noyabrın 23-də isə “Millers Oils” sürtgü yağları istehsalçısı və distribütorunun Bakıda yeni şöbələrinin açılışının baştutması planlaşdırılır

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Böyük-Britaniya   Azərbaycan  





Xəbər lenti