Almaniyada terror təhlükəsi: 6 suriyalı həbs edildi

Almaniyada terror təhlükəsi: 6 suriyalı həbs edildi
  21 Noyabr 2017    Oxunub:1194
Almaniyanın dörd federal ərazisində İŞİD terror qruplaşmasının üzvlərinə qarşı aniterror əməliyyatı keçirilib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD üzvü olan və Almaniyada terror aktı törətmək istəyən altı suriyalı saxlanılıb. Polis onlardan mobil telefonlar, noutbukları və digər materialları aşkarlayaraq müsadirə edib.

Qeyd olunub ki, onlar Essen şəhərindəki Milad yarmarkasında terror hücumu həyata keçirməyi planlaşdırırmış.

AzVision.az


Teqlər: Almaniya   İŞİD  





Xəbər lenti