Putin Trampla İranı müzakirə edib

Putin Trampla İranı müzakirə edib
  22 Noyabr 2017    Oxunub:1569
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin və Tramp telefonla Şimali Koreya və Əfqanıstandakı vəziyyəti və İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər Şimali Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və problemin danışıqlar və diplomatik vasitələrlə həlli yollarının axtarılmasının məqsədəuyğun olduğunu qeyd ediblər.

AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti