İraqda növbəti terror: 32 ölü, 75 yaralı

İraqda növbəti terror: 32 ölü, 75 yaralı
  22 Noyabr 2017    Oxunub:1069
İraqda növbəti terror aktı törədilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tuz-Hurmatu şəhərində baş verib. Belə ki, avtomobildə olan terrorçu-kamikadze şəhərin bazar meydanında partlayıcı qurğunu işə salıb.

Polisin məlumatına görə, partlayış nəticəsində 32 nəfər ölüb, 75 nəfər yaralanıb.

AzVision.az


Teqlər: İraq   terror  





Xəbər lenti