Ərdoğan, Ruhani və Putin bu gün görüşəcək

Ərdoğan, Ruhani və Putin bu gün görüşəcək
  22 Noyabr 2017    Oxunub:1514
Bu gün Soçi şəhərində Rusiya, Türkiyə və İran prezidentləri – Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında görüş keçirəcək.

AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, prezidentlərin Suriyadakı atəşkəs və son durumu detallı şəkildə müzakirə edəcəyi gözlənilir.
Türkiyə prezidentinin Soçiyə səfəri Bakı vaxtilə 13:30-da başlayacaq.

Qeyd edək ki, Türkiyə prezidenti sonuncu dəfə noyabrın 13-də Soçiyə səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ərdoğan   Ruhani   Putin  





Xəbər lenti