Azadə Balayeva efirə qayıdır

Azadə Balayeva efirə qayıdır
  21 Sentyabr 2013    Oxunub:4698
ANS-in keçmiş əməkdaşı Azadə Balayeva yenidən efirə qayıdacaq. Belə ki, tamaşaçılar oktyabr ayından onu Space telekanalında görə biləcəklər.

Bu barədə AzVision.az-a jurnalistin özü məlumat verib:`Üz-üzə adlı verilişdir, həftədə bir dəfə yayımlanması nəzərdə tutulub. Ekspertlərin, tamaşaçıların iştirakı ilə cəmiyyətin diqqət mərkəzində olan, qara piara məruz qalan insanlarla bağlı məsələlər müzakirə olunacaq. Düşünürəm ki, Azərbaycanda bu formatda ilk veriliş olacaq. Hazırda yeni dekorasiyalar hazırlanır. Verilişin məğzi ilə bağlı anonslar bir həftədir ki yayımlanır, ilk buraxılış üçün hazırlıqlar gedir.

Qeyd edək ki, bir müddət olar ki, Azadə Balayeva öz istəyi ilə ANS telekanalını tərk edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti