Rusiya donanması Xəzərdə diversantlar axtarır

Rusiya donanması Xəzərdə diversantlar axtarır
  22 Noyabr 2017    Oxunub:1678
Rusiyanın Xəzər donanmasının 20-yə yaxın gəmisi ekipajları ilə birgə şərti diversantlara qarşı təlimlərdə iştirak edib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsinin (CHD)mətbuat xidmətinin rəhbəri Vadim Astafyevə bildirib.
Təlimlərdə 500-dən çox hərbçi iştirak edib. Patrul və növbətçi katerlər sualtı vəziyyəti müşahidə üçün hidroakustik stansiyalardan istifadə edərək baza məntəqələri akvatoriyasında sualtı diversantların axtarışı və aşkarlanması işləri aparıblar.

Terrorizmə qarşı təlimlər donanmanın Həştərxan, Mahaçqala və Kaspiyskdə yerləşən şəhərciklərində keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Xəzər   Donanma  





Xəbər lenti