Fransa Azərbaycandan yazdı

Fransa Azərbaycandan yazdı
  21 Sentyabr 2013    Oxunub:1268
Fransanın internet portalında Azərbaycanla bağlı məqalə dərc olunub
Fransanın internet portalında “Şahdəniz-2. Azərbaycan Avropanın 9 şirkətinə qaz nəql edəcək“ sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanın “Şahdəniz” yatağını idarə edən “Şahdəniz-2” konsorsiumunun Avropanın 9 şirkətinə qaz satması ilə bağlı sentyabrın 19-da müqavilə imzalandığı diqqətə çatdırılır. Bildirilir ki, 25 illik müddətə nəzərdə tutulan müqavilə ilə əlaqədar Böyük Britaniyanın «BP», Azərbaycan Dövlət Neft Şirkəti, Norveçin «Statoil» və Fransanın «Total» şirkətləri arasında ümumi razılıq əldə edilib. “Şahdəniz-2” yatağından hasil olunan qazın Avropaya nəqlinin ölkəmizin neft-qaz sənayesi sahəsində ən mühüm müqavilələrdən biri olması barədə BP-nin Bakıdakı rəsmi nümayəndəsi Qordon Burrellinin jurnalistlərə məlumat verdiyi məqalədə xüsusi vurğulanır. Yazıda “Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr qaz istehsal ediləcəyi qeyd olunur. Həmçinin deyilir ki, Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2019-cu ildən isə Avropaya nəql olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti