35 yaşadək elmlər doktoru olanlara 5 min manat veriləcək

  22 Noyabr 2017    Oxunub : 984
35 yaşadək elmlər doktoru olanlara 5 min manat veriləcək

Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən 5000 manat mükafat veriləcək.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Dilqəm Tağıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda 140 elmi müəssisə var və onların yalnız 40-ı, başqa sözlə 30 faizi AMEA-nın tabeliyindədir:

"Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür. Dünyada tədqiqat və elmi tədqiqatla 7,8 milyon nəfər məşğul olur. Ümumilikdə son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb".

AzVision.az

Teqlər: AMEA