Batumidəki konsulumuz mer ilə görüşüb
Baş konsul qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Baş konsul həmcinin, Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm əlaqələrin inkişaf etdiyini vurğulayıb. Yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Baş konsul Rəşad İsmayılov Batumi şəhərinin merinə “Made in Azerbaijan” brendi altında istehsal edilən Azərbaycan məhsulu hədiyyə etdi.
Teqlər: