Rusiya Türkiyəyə “S-400”ləri 2019-cu ildə verəcək

Rusiya Türkiyəyə “S-400”ləri 2019-cu ildə verəcək
  22 Noyabr 2017    Oxunub:1387
Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə təhvil verəcəyi tarix bəlli olub.
AzVision.az-ın “A Haber” kanalına istinadən verdiyi xəbərə görə, Türkiyənin milli müdafiə naziri Nurettin Canikli parlamentin büdcə müzakirələri zamanı bildirib ki, Rusiya “S-400” zenit-raket kompleksini 2019-cu ildə Türkiyəyə təhvil verəcək.

Nazir əlavə edib ki, PKK terorrçuları Suriyanın Afrin vilayətindən Türkiyənin milli təhlükəsizliyinə daim təhdid yağdırır.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti