Trampın Asiya turnesi ilə bağlı seks qalmaqalı

Trampın Asiya turnesi ilə bağlı seks qalmaqalı
  22 Noyabr 2017    Oxunub:2137
ABŞ prezidenti Donald Trampın Asiya turnesi çərçivəsində onu müşayiət edən əsgərlərin Vyetnamda tanımadıqları qadınlarla cinsi əlaqədə olması qalmaqala səbəb olub.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Trampın səfərindən sonra belə iddiaların ortaya atılması Ağ evi narahat edib. Adı olayda hallanan 3 əsgərin xidmət yeri dərhal dəyişdirilib. Pentaqon məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, avqust ayında Ağ Evin Əlaqə Bürosunda çalışan 4 hərbçinin Panamada qadınları təhlükəsiz bölgəyə apardıqları iddiası ilə istintaq aparılır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti