Baş nazir istefa qərarından imtina etdi

Baş nazir istefa qərarından imtina etdi
  22 Noyabr 2017    Oxunub:1066
Livanın Baş naziri Səəd Həriri istefa vermək barədə qərarını dəyişib.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, o, bu addımı Livan Prezidenti Mişel Aunun xahişi ilə atdığını bildirib.

Qeyd edək ki, Həriri həyatına təhlükə yaranması ilə bağlı noyabrın 4-də istefaya getdiyinə dair açıqlama vermişdi. O, vəzifəsindən istefa verdikdən sonra ilk dəfə bu gün Livana qayıdıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Livan  





Xəbər lenti