Suriyanın taleyi ilə bağlı görüş: Üç ölkə razılığa gəldi (Yenilənib)

Suriyanın taleyi ilə bağlı görüş: Üç ölkə razılığa gəldi (Yenilənib)
  23 Noyabr 2017    Oxunub:4067
Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başa çatıb.

Dövlət başçıları Suriyada terrorçulara qarşı irimiqyaslı döyüş əməliyyatlarının üç ölkənin səyləri nəticəsində başa çatdığını bəyan ediblər.
Danışıqlarda Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı əməkdaşlığının prioritet tərəflərini müəyyən edən birgə bəyanat qəbul olunub.

Bundan əlavə, Soçidə Suriyada milli dialoq konqresinin təşkilinin vaxtı və konqres iştirakçılarının tərkibinin hazırlanması barədə razılıq əldə edilib.

***
(18:27)

Rusiyanın Soçi şəhərində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş mətbuat üçün qapalı keçib.

Artıq Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb. Kremlin mətbuat xidməti danışıqların gedişində Astana formatında müştərək fəaliyyətlər nəzərə alınmaqla, Suriya münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə ediləcəyini bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Ərdoğan   Putin   Ruhani  





Xəbər lenti