Tbilisidə 3 terrorçu məhv edilib

Tbilisidə 3 terrorçu məhv edilib
  23 Noyabr 2017    Oxunub:1112
Tbilisidə yaşayış binalarının birində həyata keçirilən antiterror əməliyyatı zamanı bir terrorçu sağ ələ keçirilib, 3 terrorçu isə məhv edilib.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nino Qiorqobiani bu gün keçirdiyi brifinqdə məlumat verib.

Əməliyyat zamanı xüsusi təyinatlı dəstənin iki üzvü və Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb. Xüsusi təyinatlı dəstənin səhər saatlarında yaralanmış üzvü xəstəxanada ölüb.

AzVision.az


Teqlər: Tbilisi   Terrorçu  





Xəbər lenti