DİN avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN avtobus qəzası ilə bağlı məlumat yaydı
  21 Sentyabr 2013    Oxunub:1311
Daxili İşlər Nazirliyi dünən qəzaya uğrayan 120 saylı marşrut avtobusu ilə bağlı rəsmi məlumay yaydı.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 20-də saat 11.00 radələrində Səbail rayonu “Şıx” çimərliyinin yaxınlığında Tərtər rayon sakini Füzuli Haqverdiyev idarə etdiyi 120 saylı xətt üzrə hərəkət edən “Daevoo” markalı avtobusu aşırmış və sonradan avtobus hasara çırpılmışdır. Nəticədə F.Haqverdiyev və sərnişinlərindən 40-45 yaşlı kişi hadisə yerində ölüb, xəsarət alan digər sərişinləri, Neftçala rayon sakinləri Teyyub Əhmədov, Abbas Vəliyev, Masallı rayon sakini Famil Abbasov, Bakı şəhər sakinləri Alim Əliyev, Nizam Ramazanov və Zefuttin Buşumov isə xəstəxanaya yerləşdirilib.

Səbail RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti