İqbal Ağazadə cırılan plakatlarından danışdı

İqbal Ağazadə cırılan plakatlarından danışdı
  21 Sentyabr 2013    Oxunub:1141
Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə bir sıra yerlərdə seçki plakatlarının cırılmasına münasibət bildirib.

Onun AzVision.az-a verdiyi açıqlamaya görə, namizəd plakatların cırılması ilə bağlı hər hansı ciddi bir addım atmağı fikirləşmir.

-Hələ biz rast gəlməmişdik ki, seçki plakatı cırılsın. Buna yerli icra strukturları nəzarət edir, bu, onların günahıdır. Səbəb budur ki, seçki kampaniyası aparmağa öyrəşməyiblər. Nəinki Bərdədə, Nərimanov və Sabunçu rayonlarında da plakatlar cırılır. Başımızı bu cür işlərlə yormaq istəmirik, seçici təkcə ada və plakata görə səs vermir, həm də mövqeyə görə səs verir. Bizim də mövqeyimiz kifayət qədər bəllidir.

Qeyd edək ki, Bərdə, Göyçay, Gəncədə İqbal Ağazadənin seçki plakatları cırılır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti