NATO-nun baş katibi: “Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur”

  23 Noyabr 2017    Oxunub : 3100
NATO-nun baş katibi: “Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur”

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur".

AzVision.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş katib vurğulayıb ki, münaqişə yalnız sülh yolu ilə həll oluna bilər:

NATO birbaşa olaraq bu prosesdə iştirak etmir. Biz bununla bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Prezidentlərin dialoqu bərpa etməsinə görə nikbinik. Gərginlikdən yayınmaq üçün atılan addımları alqışlayırıq”, - Yens Stoltenberq deyib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: NATO   İlham-Əliyev   Prezident