Fəxri ad almaq üçün nazirə müraciət etdilər

Fəxri ad almaq üçün nazirə müraciət etdilər
  21 Sentyabr 2013    Oxunub:1348
Gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVİsion.az-a verilən məlumata görə, qəbulda Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı, və Qobustan rayonlarının sakinləri iştirak ediblər.

1saylı Uşaq Gənclər İdman Məktəbinin binasında təşkil edilmiş qəbulda yuxarıda qeyd edilən şəhər və rayonlardan ümumilikdə 40-dan çox vətəndaş iştirak edib.

Qəbula gələn vətəndaşlar əsasən, güzəştli ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda gənclər mərkəzinin tikintisi, stadionların təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mövcud zalların təmiri, idman avadanlıqları ilə təminat, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi üçün maddi yardım istəyi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb.

Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılaraq vətəndaşların müraciərlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Şamaxı, Abşeron, Xızı, və Qobustan rayonları gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırqlar verib.

Daha sonra nazir Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb.



Teqlər:  





Xəbər lenti