Baş Prokurorluqdan mitinq xəbərdarlığı

Baş Prokurorluqdan mitinq xəbərdarlığı
  21 Sentyabr 2013    Oxunub:1267
Milli Şuranın 2013-cü il sentyabrın 22-də paytaxtın Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda keçirəcəyi mitinqlə bağlı Baş Prokurorluq xəbərdarlıq yayıb.

Xəbərdarlıqda bildirilir ki, mitinq zamanı toplantının təşkilatçıları və iştirakşıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.

Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq və kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.


Teqlər:  





Xəbər lenti