Ərdoğan Soçidə Əsədlə görüşüb?

Ərdoğan Soçidə Əsədlə görüşüb?
  24 Noyabr 2017    Oxunub:1924
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri zamanı Suriya prezidenti Bəşər Əsədlə gizli görüş keçirməsi haqda iddia ortaya atılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan Soçi səfəri ilə bağlı jurnalistlərin suallarını cavablandıraraq Əsədlə görüş məsələsinə də aydınlıq gətirib.

Türkiyə prezidenti birmənalı şəkildə məlumatı təkzib edib, Əsədlə görüşmədiyini deyib. “Hazırda belə bir hal yoxdur” , - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan və İran prezidenti Həsən Ruhaninin səfərindən bir gün öncə Suriya prezidenti Bəşər Əsəd Soçiyə gələrək rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Soçi   Əsəd  





Xəbər lenti