Qırğızıstanın yeni prezidenti and içdi

Qırğızıstanın yeni prezidenti and içdi
  24 Noyabr 2017    Oxunub:1356
Qırğızıstanın yeni seçilmiş prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, yeni prezident Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında əlini Konstitusiyanın üzərinə qoyaraq and içib.

Mərasimdə hökumətin və parlamentin üzvləri, mədəniyyət və incəsənət xadimləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, Qırğızıstanda prezident 6 il müddətinə bir dəfə seçilir. O, həmçinin silahlı qüvvələrin Ali Baş Komandanıdır.

AzVision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti