Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi
  24 Noyabr 2017    Oxunub:2235
Avropa Xalq partiyası "Şərq Tərəfdaşlığı" sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyannamə qəbul edib.

AzVision.az xəbər verir ki, bəyannamədə deyilir:
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini tam şəkildə dəstəkləyirik. Münaqişənin beynəlxalq hüquq normalarına, güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan həllini dəstəkləyirik.

Münaqişə tərəflərini 1994-1995-ci ildə əldə edilmiş atəşkəs rejiminin saxlanmasına sadiq qalmağa, etimad quruculuğu tədbirlərini həyata keçirməyə və qoşunların təmas xəttində gərginliyi azatlmağa, eləcə də Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyə çağırırıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti