Əcnəbilərin Rusiyaya girişi məhdudlaşdırılır

Əcnəbilərin Rusiyaya girişi məhdudlaşdırılır
  24 Noyabr 2017    Oxunub:1468
Rusiyanın baş naziri Dmitri Medvedev ölkədə vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə müvəqqəti yaşamaq icazəsinin verilməsinə dair kvotanın azaldılması barədə sərəncam imzalayıb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, gələn il 90 min sənədin verilməsi planlaşdırılır. Bu, hazırki kvotadan təxminən 20 min azdır.

Sərəncamda qeyd olunur ki, qərar “konkret olaraq hər bir regionda miqrasiya vəziyyəti və iqtisadi durumu nəzərə alınmaqla” qəbul edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Miqrasiya  





Xəbər lenti