“Timsah” prezident oldu

“Timsah” prezident oldu
  24 Noyabr 2017    Oxunub:1784
Zimbabvenin keçmiş vitse-prezidenti Emmerson Mnanqaqva and içmək üçün paytaxt Hararedəki mərkəzi stadiona gəlib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, paytaxt stadionunda andiçmə mərasimi keçirilib. Bununla da Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva olub.

“Timsah” ləqəbli E. Mnanqaqva 2018-ci ilin avqustunda keçiriləcək növbəti prezident seçkilərinədək Zimbabveyə rəhbərlik edəcək.

Qeyd edək ki, əvvəlki prezident Robert Muqabe 37 il Zimbabveyə rəhbərlik edib.

AzVision.az


Teqlər: Zimbabve  





Xəbər lenti