Məsciddə terror: Ölü sayı 235-ə çatdı (Yenilənib)

Məsciddə terror: Ölü sayı 235-ə çatdı (Yenilənib)
  24 Noyabr 2017    Oxunub:9815
Misirdə məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı artır.
Xarici KİV-lərin məlumatına görə, ölənlərin sayı 235-ə çatıb. Terror aktı nəticələrində yüzlərlə insanın yaralandığı bildirilir.

Partlayışla əlaqədar Misirdə üçgünlük matəm elan olunub.

***
(17:35)

Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 155-ə çatıb.

AzVision.az xarici mətbuata istinadən xəbərinə görə, terror aktı nəticəsində 120-dən çox adamın isə yaralandığı bildirilir.

Ölənlərin sayının artacağı istisna edilmir.

***

(15:44)

Misirin Sinay yarımadasında terrorçular məscidə hücumu edib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hücum namaz vaxtı törədilib. Nəticədə azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

AzVision.az


Teqlər: Misir  





Xəbər lenti