“Minsk qrupunun fəaliyyəti bizi qane edir” - Sarkisyan

“Minsk qrupunun fəaliyyəti bizi qane edir” - Sarkisyan
  24 Noyabr 2017    Oxunub:2098
"Ermənistan "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsinin qəbul olunmasına mane olmaq niyyətində deyil"

AzVision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Azadlıq” radiostansiyasına müsahibəsində deyib.
"Ermənistan bəyannamənin qəbul olunmasına mane olacaqmı" sualına Sarkisyan cavab verib.

“Xeyr. Niyə biz buna mane olmalıyıq? Hesab edirəm ki, güzəştli əsasda qəbul olunacaq. Düşünürəm ki, "Şərq Tərəfdaşlığı" sammiti bizim Azərbaycanla münasibətlərimizin müzakirə edilməsi üçün məkan deyil. Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olur və Avropa İttifaqı Minsk qrupunu dəstəkləyir.Bu, bizi tamamilə qane edir”, - deyə Ermənistan prezidenti bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Qarabağ  





Xəbər lenti