Amerikalı diplomat azərbaycanlıları zorakılığa qarşı mübarizəyə çağırdı
Səfir müavini bildirib ki, qeydə alınan zorakılıq halları ilə yanaşı, qeydə alınmayanlar da var.
"Gender əsaslı zorakılıq təkcə qızların şərəfinə toxunmur, cəmiyyətə təsir edir. Qadınlara qarşı zorakılıq nəsillərin pozulmasına, gəlirlərin azalmasına səbəb olur".
Diplomat bildirib ki, gender əsaslı zorakılıq təkcə qadınların və qızların sağlamlığına, ləyaqətinə və təhlükəsizliyinə təsir etmir, həm də bütün cəmiyyətləri təhdid edir: "Bu, zorakılıq dövrünü şiddətləndirir və iqtisadi inkişafa mane olur. Biz yalnız zorakılığa qarşı ayağa qalxdıqda və dözülməz hal alanda zorakılığa son qoyula bilər. Bizim analarımız, bacılarımız, qızlarımız tam qiymətləndirildikdə və cəmiyyətdə tam şəkildə iştirak edə bildikdə zorakılıq bitə bilər".
Aytən Zəhra
AzVision.az
Teqlər: ABŞ