ATƏT PA-nın prezidenti: “Qarabağ münaqişəsi diqqət mərkəzində olmalıdır”

ATƏT PA-nın prezidenti: “Qarabağ münaqişəsi diqqət mərkəzində olmalıdır”
  24 Noyabr 2017    Oxunub:2109
"Ukrayna, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr hər zaman ATƏT-in diqqət mərkəzində olmalıdır"
AzVision.az xəbər verir ki, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Daimi Komitəsinin iclasında çıxış edən ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli bildirib.

O, qeyd edib ki, həll edilməmiş münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması vacibdir.

“Əsas prioritetlərdən biri problemlərin həllində ATƏT-in tam iştirakını təmin etməkdir”, - deyə Tsereteli vurğulayıb.

AzVision.az


Teqlər: ATƏT-PA   Qarabağ  





Xəbər lenti