Məsciddə terror törədən 15 silahlı öldürülüb

Məsciddə terror törədən 15 silahlı öldürülüb
  25 Noyabr 2017    Oxunub:1308
Misirdə məsciddə terror aktı törədən 15 silahlı öldürülüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlı məhv edilib.

Qeyd edək ki, bu gün Misirin Sinay yarmadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.

AzVision.az


Teqlər: Misir   Terror  





Xəbər lenti