”Əsgər ölümü ilə bağlı bütün versiyalar araşdırılır”

”Əsgər ölümü ilə bağlı bütün versiyalar araşdırılır”
  02 Mart 2013    Oxunub:1521
”Meyitin daxili və xarici müayinələri aparılıb, video çəkilişlər edilib. Hazırda istintaq qrupu tərəfindən bütün zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir. Hadisənin baş vermə şəraiti, səbəbi araşdırılır”.
Bunu APA-ya açıqlamasında Respublika Hərbi prokurorunun müavini Şəfaət İmranov deyib.

Ş. İmranov deyib ki, ekspertizanın tam nəticələri bəlli olmadığı üçün hazırkı vəziyyətdə əsgərin intihar etməsi və ya öldürülməsi barədə hər hansı konkret fikir söyləmək tezdir: “ Bir qədər səbirli olub ekspertizanın nəticələrini gözləmək lazımdır. Hər bir halda qanunla nəzərdə tutulmuş bütün tədbirlərin icrası həyata keçirilir, cinayət işi xüsusi nəzarət altındadır. Bütün qanuni addımlar atılacaq, hadisənin başvermə şəraiti və buna səbəb olan amillər müəyyən ediləcək. Hadisə ilə bağlı saxlanılanlar və məsuliyyətə cəlb olunanlar barədə yaxın günlərdə məlumat veriləcək. Bu barədə də hansısa açıqlama vermək hələ ki, tezdir”.

Ş. İmranov deyib ki, əsgərin ölümü ilə bağlı indiyə qədər yayılan məlumatlar yalnız ilkin təhqiqata və fərziyyələrə əsaslanıb: “Biz əsgərin intihar etməsi, həmçinin başqa şəxs tərəfindən öldürülməsi də daxil olmaqla bütün versiyaları araşdırır, istintaq hərəkətləri aparırıq. Son sözü ekspertizanın nəticələri açıqlanandan sonra demək mümkündür”.


Teqlər:  





Xəbər lenti