Tramp Ərdoğana söz verdi: ABŞ YPG-yə silah verməyəcək

Tramp Ərdoğana söz verdi: ABŞ YPG-yə silah verməyəcək
  25 Noyabr 2017    Oxunub:3901
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Anadolu" agentliyinin məlumatına görə, Ərdoğan əvvəlcə ABŞ liderini Soçi sammiti barədə məlumatlandırıb.
Prezidentlər daha sonra telefon danışığı zamanı Suriya böhranını, bölgədəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezidentlərin telefon danışığı ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Ərdoğan ABŞ-ın YPG-yə silah verməsi ilə bağlı narahatlığını Trampa çatdırıb.

ABŞ prezidenti qəti şəkildə deyib ki, bundan sonra YPG-yə silah verilməyəcək.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Türkiyə   Ərdoğan  





Xəbər lenti