Batumidəki yanğında 12 nəfər ölüb - Yenilənib

Batumidəki yanğında 12 nəfər ölüb - Yenilənib
  25 Noyabr 2017    Oxunub:4188
Batumidəki “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya deyib. Qeyd olunub ki, yanğında 10 Gürcüstan, 1 İran vətəndaşı və 1 yağınsöndürən ölüb. Onun sözlərinə görə, xəsarət alan 21 nəfərdən 5-i Türkiyə, 1-i isə İsrail vətəndaşıdır.

Yanğının mərkəzi hoteldəki spa-salon olub. Belə ki, yanğın nəticəsində yeganə dəhliz və pilləkən tüstülənib və insanlar 7-ci mərtəbədə qalıblar. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də Batumiyə gələrək hadisə ilə yerində tanış olub. Faktla bağlı cinayət işi başlanılıb.

**

Batumidə “Leogrand” hotelində baş verən yanğın nəticəsində 2 nəfər ölüb, bir neçə adam xəsarət alıb. Ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.

AzVision.az xəbər verir ki, bu sözləri AzərTAc-a Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov bildirib.

Baş konsul deyib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.

Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir.

***
Batumidə “Leogrand” hotelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildiriblər ki, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanırlar.

Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var. Son məlumatlara görə, yanğında ölənlər də var.

Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb. Oteldəki sakinlər təxliyə olunublar.

AzVision.az


Teqlər: Batumi   Konsulluq   Yanğın  





Xəbər lenti