Prezidenti tәhqir etmәk birbaşa cinayәtdir

Prezidenti tәhqir etmәk birbaşa cinayәtdir
  21 Sentyabr 2013    Oxunub:1193
Azərbaycan Prezidentinin şәrәf vә lәyaqәtini tәhqir etmәk birbaşa cinayәtdir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, Cəmil Həsənlinin debatda söylədiyi fikirlərlə bağlı çıxarılan qərar layihəsinin Baş Prokurorluğa göndərilməsinin qarşısını güclə alıb.

M.Pənahov deyib ki, Cəmil Həsənli debatda Hafiz Hacıyevin cavabını verməli idi.

Qeyd edək ki, sentyabrın 19-da İTV-də keçirilən debatda Cəmil Həsənli və Hafiz Hacıyev qanunvericiliyə zidd hərəkətlərə yol vermişdi. MSK C. Həsənliyə ciddi xəbərdarlıq, H.Hacıyevə xəbərdarlı edən qərar qəbul edib.


Teqlər:





Xəbər lenti