ABŞ FETÖ-yə qarşı mübarizə aparacaq - Tramp Ərdoğanla razılaşdı

ABŞ FETÖ-yə qarşı mübarizə aparacaq - Tramp Ərdoğanla razılaşdı
  25 Noyabr 2017    Oxunub:1380
Türkiyə və ABŞ İŞİD, PKK və FETO ilə birgə mübarizə barədə razılığa gəlib.
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı bu qərara gəliblər. Dövlət başçıları arasında Ankaranın Vaşinqtondan hərbi avadanlıq alması, Suriyada müharibənin sülh yolu ilə başa çatdırılması müzakirə olunub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Trampın Suriyadakı kürdlərə silah verilməsinin dayandırılacağına söz verdiyini bildirib.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Ərdoğan   Tramp  





Xəbər lenti