Mogerini: “Qarabağ münaqişəsinin tezliklə həllinə ehtiyac var”

Mogerini: “Qarabağ münaqişəsinin tezliklə həllinə ehtiyac var”
  25 Noyabr 2017    Oxunub:2676
“Ermənistanla Avropa İttifaqı (Aİ) arasında razılaşma Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini dəstəkləyir”
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.

“Avropa İttifaqı tamamilə əmindir ki, münaqişənin tez bir zamanda beynəlxalq hüquq və prinsiplər əsasında həllinə ehtiyac var. Eyni zamanda bu kontekstə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səyləri və müvafiq təkliflərini tamamilə dəstəkləyirik”, - deyə Mogerini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər:   Mogerini   Qarabağ  





Xəbər lenti