Karlovun qətlinə görə TRT-nin prodüseri həbs olunub

Karlovun qətlinə görə TRT-nin prodüseri həbs olunub
  25 Noyabr 2017    Oxunub:1220
Türkiyədə Rusiyanın mərhum səfiri Andrey Karlovun qətli ilə əlaqədar “TRT Avaz” telekanalının sabiq prodüseri Heyrəddin Aydınbaş həbs edilib.
Türkiyə KİV-lərinin məlumatına görə, Aydınbaş Ankarada cinayət işini aparan prokuror tərəfindən dindirilib. Bundan sonra cinayət işləri üzrə məhkəmə onun barəsində "qəsdən adam öldürmədə təşkilatçılıq" maddəsi ilə həbs qərarı verib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib.

AzVision.az


Teqlər: Türkiyə   Karlov  





Xəbər lenti