Paksitanda daha bir partlayış: 4 ölü, 16 yaralı

Paksitanda daha bir partlayış: 4 ölü, 16 yaralı
  25 Noyabr 2017    Oxunub:996
Pakistanda növbəti dəfə partlayış baş verib.
AzVision.az “Samaa” telekanalına istinadən xəbər verir ki, hadisə Pakistanın şimal-qərbində yerləşən Kvetta şəhərində qeydə alınıb. Naməlum şəxslər avtomobilə quraşdırdıqları partlayıcı qurğunu işə salıblar. Nəticədə ən azı dörd nəfər həlak olub, 16 nəfər isə ağır yaralanıb.

Yaralılar dərhal yerli xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, nəqliyyat vasitəsi təhlükəsizlik qüvvələrinin yanında partladılıb. Hələlik heç bir terror qruplaşması partlayışla bağlı məsuliyyəti öz üzərinə götürməyib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Pakistan   partlayış  





Xəbər lenti