“Mən övladımın etibarlı gələcəyinə səs verirəm”

“Mən övladımın etibarlı gələcəyinə səs verirəm”
  21 Sentyabr 2013    Oxunub:1133
YAP Binəqədi rayon təşkilatında prezident seçkiləri ilə əlaqədar “Mən övladımın etibarlı gələcəyinə səs verirəm” mövzusunda qadın seçicilərlə görüş keçirilib.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, millət vəkili Sevinc Hüseynova, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və digər şəxslər iştirak ediblər.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Binəqədi rayonunda çalışan qadınların rayonun ictimai-siyasi həyatında mühüm rol oynadıqlarını qeyd edib. Millət vəkili Sevinc Hüseynova bildiriib ki, tədbirin şüarı olan 9 oktyabr –“Mən övladımın etibarlı gələcəyinə səs verirəm” doğurdan da düzgün olaraq seçilib. Bu gün Azərbaycan cəmiyyətinin yarısını zərif cinsin nümayəndələri, üçdə bir hisəsisini isə gənclər təşkil edir. Azərbaycan gəncliyi dövlətin diqqətini daim hiss edir.

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın regionda lider dövlətə çevrildiyini, İlham Əliyevin regionun lideri olduğunu qeyd edib.

“Ölkəmizdə aparılan gender siyasəti” mövzusunda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva bildirib ki, bu gün aparılan uğurlu gender siyasəti nəticəsində Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəallıq göstərir. İlk baxışdan qadınların az təmsil olunduğu Daxili İşlər Nazirliyi strukturunda 600 nəfərdən artıq qadın çalışır. Səhiyyə sektorunun 78.6 faizi, təhsil sektorunun 71 faizində, mədəniyyət sektorunun 75 faizində qadınlar təmsil olunur.

Sonra tədbirdə çıxış edən digər şəxslər mövzu ilə bağlı öz fikirlərini bildrib və 9 oktyabrda hər kəsi İlham Əliyevə səs verməyə çağırıblar.




Teqlər:  





Xəbər lenti