Bu il 58 jurnalist qətlə yetirilib

Bu il 58 jurnalist qətlə yetirilib
  25 Noyabr 2017    Oxunub:1354
2017-ci ilin əvvəlindən dünyada 58 jurnalist öldürülüb.

AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bunu Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Entoni Belanje deyib.
Onun sözlərinə görə, yalnız 10 qətlə yetirilən jurnalist barəsində bir cinayət işi açılıb: “Bu çox azdır, bu, böyük problemdir”.

Baş katib qeyd edib ki, çox vaxt qadın jurnalistlər iş zamanı həm cinsi, həm də psixoloji zorakılığa məruz qalır: “Beynəlxalq Jurnalistlər Federasiyası mətbuat işçilərinin təhlükəsizliyinin təminatına dair qanun layihəsi hazırlayıb və dəstək üçün BMT-yə və nüfuzlu ölkələrin rəhbərlərinə müraciət edib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qətl   Jurnalist  





Xəbər lenti