Pakistanda vəziyyət gərgindir - Ölkəni etirazlar bürüyüb

Pakistanda vəziyyət gərgindir - Ölkəni etirazlar bürüyüb
  26 Noyabr 2017    Oxunub:2397
İslamabadda dini fəalların oturaq aksiyası dağıdılandan sonra Pakistanı etirazlar bürüyüb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, polislə etirazçılar arasında toqquşmalar zamanı 250 nəfər yaralanıb, 4 nəfər isə ölüb. Nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə olunub.

Ölkədə özəl telekanalların yayımı müvəqqəti dayandırılıb, sosial şəbəkələr bloklanıb.

Paytaxta əlavə polis və ordu qüvvələri yeridilib. Hazırda ölkədə vəziyyət gərgin olaraq qalır.

AzVision.az


Teqlər: Pakistan   Etiraz   Aksiya  





Xəbər lenti