Bakıda müəllimdən qeyri-adi dərs - VİDEO

Bakıda müəllimdən qeyri-adi dərs - VİDEO
  26 Noyabr 2017    Oxunub:4224
Bakının Balaxanı qəsəbəsində 69 saylı orta məktəbdə müəllim işləyən 60 yaşlı Valeh Novruzov dərsi yazı lövhəsində yazaraq deyil, döşəmə üzərində izah edir.
AzVision.az Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən kadrlar məktəbin “10 A” sinfində dərs prosesi zamanı şagirdlərdən biri tərəfindən çəkilib.

V. Novruzov açıqlamasında bilərəkdən döşəməni lövhə olaraq seçdiyini deyir. O, bu dərsi lövhə üzərində izah etməyin mənasız olduğunu bildirir.

60 yaş ona dərsi fərqli üsulla izah etməyə mane olmur. Belə ki, aşağı əyilərək tabaşirlə şəkil çəkən müəllim vacib olanın dərsi şagirdlərə aşılamaq olduğunu deyir.

Valeh Novruzov şagirdlərə "Ay qa", "Ayə" kimi fərqli formalarda müraciət etməsinə də aydınlıq gətirib.

Qeyd edək ki, ötən il Valeh Novruzovun 2 tələbəsi 600-dən yuxarı nəticə göstərərək ödənişsiz əsaslarla ali məktəbə qəbul olunub.




Teqlər: Məktəb   Dərs  





Xəbər lenti