Ərdoğan Səudiyyə kralı ilə Suriyanı müzakirə edib

Ərdoğan Səudiyyə kralı ilə Suriyanı müzakirə edib
  26 Noyabr 2017    Oxunub:1695
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səudla telefon danışığı aparıb.
Türkiyənin Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı regionda vəziyyət, xüsusilə də Suriya münaqişəsi müzakirə olunub.

Ərdoğan Səudiyyə kralını Soçidə prezidentlərin üçtərəfli görüşünün yekunları və Astana prosesi barədə məlumatlandırıb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti