Türkiyədə matəm elan edildi

Türkiyədə matəm elan edildi
  27 Noyabr 2017    Oxunub:2227
Misirdə məsciddə törədilən terror aktına görə Türkiyədə bir günlük matəm elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, matəmlə əlaqədar Türkiyənin xaricdə yerləşən diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək.

Qeyd edək ki, cümə günü Misirin Sinay yarımadasında məsciddə törədilən terror aktı nəticəsində 305 nəfər həlak olub. Qanlı olayın İŞİD qruplaşması tərəfindən törədilməsi məlum olub.

AzVision.az


Teqlər: Türkiyə   Matəm   Terror  





Xəbər lenti