Ərdoğan istefa verməyə hazırdır, amma bir şərtlə...

Ərdoğan istefa verməyə hazırdır, amma bir şərtlə...
  27 Noyabr 2017    Oxunub:4298
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlunun onun korrupsiyada günahını və xarici bankda hesabının olduğunu sübut edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bəyan edib.
Türkiyə prezidenti bu fikirləri NTV telekanalının efirində səsləndirib. Ərdoğan CHP liderinin yalan danışdığını deyib. Bildirib ki, Kılıçdaroğlu onun barəsində dediyi fikirləri sübut etməsə, siyasətdən getməlidir.

"Ərdoğanın xarici bankda hesabının olduğunu sübut edin, əgər bunu edə bilmirsinizsə, siyasətdən rədd olun. Əgər sübut etsəniz, mən həm prezident postumu, həm də siyasəti tərk edəcəyəm", — deyə Ərdoğan qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti