Avropa Şurası Rusiyaya qarşı sanksiyaları ləğv edir

Avropa Şurası Rusiyaya qarşı sanksiyaları ləğv edir
  27 Noyabr 2017    Oxunub:2802
Avropa Şurası (AŞ) Rusiya əleyhinə sanksiyaların ləğv olunması məsələsini nəzərdən keçirir.

AzVision.az xəbər verir ki, bunu "Financial Times"-a (FT) müsahibəsində Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland bildirib.
Onun sözlərinə görə, AŞ belə bir qərarı Rusiyanın təşkilatdan çıxmaq ehtimalı ilə əlaqələndirib.

Yanqlandın fikrincə, bu hal bütün dünyada insan haqlarının qorunmasına zərbə vura bilər: “Rusiya buradan çıxsa, həqiqətən çox pis olar. Bu, Avropa üçün neqativ hadisə ola bilər. Çünki onda Rusiyasız Avropa olacaq. Bu, Avropa üçün geriyə böyük bir addım deməkdir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: AB   Rusiya   Sanksiya  





Xəbər lenti