Misirin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Misirin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib
  27 Noyabr 2017    Oxunub:2030
Misirdə noyabrın 24-də məsciddə baş verən terror aktına görə elan olunan matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Misirin Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, matəm üç gün davam edib.

Qeyd edək ki, noyabrın 24-də terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfər olub. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Misir   Bayraq   Səfirlik  





Xəbər lenti