Los-Ancelesdə Sarkisyana etiraz: “Ölüm” şüarları səsləndirildi (VİDEO)

Los-Ancelesdə Sarkisyana etiraz: “Ölüm” şüarları səsləndirildi (VİDEO)
  27 Noyabr 2017    Oxunub:5482
Ermənistanın müxalif "Yerkir Tsiran" partiyasının rəhbəri Zaruhi Postançıyan ABŞ-ın Los-Anceles şəhərində Sarkisyan rejiminin əleyhinə etiraz aksiyası keçirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gün öncə ABŞ-a gedən Postançıyan orada yaşayan erməni icmasını Sarkisyan hakimiyyətinə qarşı təşkilatlandırmaq üçün görüşlərə başlayıb.
Partiya sədri Amerikada yaşayan ermənilərlə görüşərək, onlara Sarkisyan hakimiyyətinin apardığı çirkin siyasət nəticəsində ölkələrindən didərgin düşdüklərini bildirib. Etirazçılar "Rejimə ölüm" kimi şüarlar səsləndiriblər.





Alpər Mövludoğlu
AzVision.az


Teqlər: ABŞ   Etiraz   Sarkisyan  





Xəbər lenti