İran ordusu hərbi gücünü nümayiş etdirir

İran ordusu hərbi gücünü nümayiş etdirir
  22 Sentyabr 2013    Oxunub:1841
İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə bu gün hərbi parad keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirak edir. Paradın keçirilməsindən məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsdir. Parad paytaxt Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində təşkil olunub.

Məlumata əsasən, Parad Tehranda İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunub. Paradı İran prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşeləri izləyir.
Paradda İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunur.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb. /Trend/


Teqlər:





Xəbər lenti